Haiti prezidentinin öldürülməsində şübhəli bilinən daha 2 nəfər saxlanıldı


Haiti polisi ölkə prezidenti Covanel Moisenin qətlində şübhəli bilinən daha 2 nəfəri saxlayıb, bununla da cinayətlə əlaqədar saxlanınların sayı 23 nəfər olub.

Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Haitinin polisi “Facebook” hesabında məlumat verib. Haiti polisinin sözlərinə görə, hər iki şəxsin evində axtarış işləri aparılıb və xeyli sayda odlu silah ələ keçirilib.

Qeyd edək ki, Haiti hüquq-mühafizə orqanları əvvəllər 21 şübhəlinin - 18 kolumbiyalı muzdlu, iki Haiti əsilli ABŞ vətəndaşı və bir haitilinin saxlanıldığını bildirmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top