
Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 724 manat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, may ayının əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqı 1 manat 70 qəpik artıb.
Qeyd olunur ki, əməkhaqqı neft-qaz sektorunda 3 min 215,9 manat, qeyri neft-qaz sektorunda 672,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 635,5 manat, özəl müəssisələrdə isə 832,1 manat olub.
Tətbiqimizi yükləyə bilərsiniz