Azərbaycanın nümayəndə heyəti ilk dəfə bu ölkəyə səfər edəcək


Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç Azərbaycan parlament nümayəndə heyətinin ilk dəfə Şimali Kipr Türk Respublikasına (KKTC) səfər edəcəyini açıqlayıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kılıç bu barədə Ankarada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşü vaxtı bildirib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin Lefkoşaya ilk səfəri bütün dünya üçün vacib bir mesaj olacaq.
Kılıç “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq Azərbaycan və Türkiyənin gələcəyə inamla baxdığını və Azərbaycanın uğurlarından qürur duyduqlarını qeyd edib.
Qey edək ki, bu gün Azərbaycan, Türkiyə və ŞKTR-nin parlament nümayəndələri TBMM-nin binasında 3 tərəfli görüş keçirəcəklər. 16 iyulda isə Azərbaycan nümayəndə heyyəti Şimali Kiprə səfər edəcək.

 

DİGƏR XƏBƏRLƏR

Top