Türkiyədə sel fəlakəti – Ərdoğan nazirləri hadisə yerinə göndərdi - VİDEO


Türkiyənin Rize bölgəsində baş verən sel daşqını vaxtı 2 nəfər ölüb, 3 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə daxil işlər naziri Süleyman Soylu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum fəlakətin baş verdiyi ərazidə olublar.
Qeyd edək ki, Türkiyə Meterologiya Xidməti güclü yağışların davam edə biləcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top