Çempionlar Liqası: Mahir Emreli "Legiya"nın start heyətində


Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində növbəti rəsmi matçını bu gün keçirəcək.

24 yaşlı hücumçu Varşava təmsilçisinin heyətində Çempionlar Liqasının I təsnifat mərhələsində cavab görüşünə çıxacaq. O, Norveç "Budyo Qlimt"inə qarşı matçın start "11-liy"ində yer alıb.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Norveçdəki ilk matçda dubl edən Mahir Emreli "Legiya"ya qələbə qazandırıb - 3:2.

DİGƏR XƏBƏRLƏR

Top