AFFA Ozobiçi milliləşdirdiyini rəsmən açıqladı


Filip Ozobiç artıq Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, hazırda “Qarabağ” klubunun üzvü olan futbolçu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FIFA-ya ünvanlanmış müraciət müsbət cavablandırılıb:

“Bununla bağlı bu gün FIFA-dan AFFA-ya müvafiq məktub daxil olub”.

Xatırladaq ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub və FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top