Bu klinikada da peyvənd vurdura bilərsiniz


Əhali arasında COVID-19 əleyhinə vaksinlərə tələbatın artması nəzərə alınaraq vaksinasiya məntəqələrinin sayı artırılıb.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, xidmətin əlçatanlığını təmin etmək məqsədilə 15 iyul 2021-ci il tarixindən Yeni Klinika Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndlərinin vurulmasına başlanacaq.

Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərəcək.

Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçiriləcək.

Ünvan : Yeni klinika (Heydər Əliyev pr.142, Bakı)

DİGƏR XƏBƏRLƏR

Top