Gürcüstanda jurnalistlar genişmiqyaslı aksiyaya hazırlaşır – “Hər yeri dayandıracağıq”


Gürcüstanda jurnalistlər 17 iyulda genişmiqyaslı aksiyaya keçirəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Gerogia” məlumat yayıb. Aksiyan təşkilatçıları çox sayda insanın paytaxtın mərkəzində toplanacağını söyləyiblər:
"Böyük bir aksiya olacaq. Şənbə günü hər şeyi dayandıracağıq".
Qeyd edək ki, bu gün 4 müxalifət telekanalı 24 saat müddətinə yayımını dayandırdı. Növbəti aksiyada bu prosesin daha da genişlənəcəyi bildirilib.
Xatırladaq ki, Gürcüstanda aksiya vaxtı jurnalistin döyüldükdən sonra ölməsinə etiraz olaraq çox sayda jurnalist hökumətin istefasını tələb edir.



 

DİGƏR XƏBƏRLƏR

Top