Güclü yağış səbəbilə Avropada daşqınlar artdı - VİDEO


Avropa ölkələrində güclü yağışlar başlayıb.

Yeniavaz.com “İnterfax”a istinadla xəbər verir ki, sinoptiklər Almaniyanın Hof şəhərinə 12 saatda kvadrat metrə 80 litr yağış düşdüyünü bildirib. Sel nəticəsində bir çox yaşayış evləri, avtomobillər sular altında qalıb.
Bənzər hadisə Niderlandda da yaşanıb. Həmin ölkənin Limburq şəhərində sakinlərə şiddətli yağış xəbərdar edilib. Qayıq vasitəsilə çayda səyahət etmənin təhlükəli olduğu bildirilib.
İsveçrədə isə Luzern gölündə suyun səviyyəsi kəskin artıb. Əhaliyə leysanlar səbəbilə təhlükəsiz yerlərə köçmələri tövsiyə olunub. İsveçrədə güclü yağışların artıq 3 gündür davam etdiyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top