DİN Baş Mühafizə İdarəsi 10 milyon manatlıq geyim alır - TENDER


Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri dəyəri 10 milyon 189 min 418 manat olan tender müsabiqəsinin qalibi “SPC” MMC olub.
Tenderin şərtlərinə görə, “SPC” MMC Baş Mühafizə İdarəsinə polis və mülkü mühafizə xidməti əməkdaşları üçün geyim satacaq.
Məlumat üçün bildirək ki, müqavilədə nəzərdə tutulan şərtlər  29.04.2021-ci il tarixindən 30.04.2023-cü il tarixinə kimi icra olunacaq.
Qeyd edək ki, DİN-ə 10 milyon manatlıq geyim satan “SPC” MMC 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Bulvar küçəsi ev 61A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Bədəlov Anar Məmməd oğludur.

DİGƏR XƏBƏRLƏR

Top