Mark Zukerberq “Facebook”dakı səhmlərini satıb xeyriyyə işlərinə sərf edir – MƏBLƏĞ


“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ötən ilin noyabr ayının 9-dən bugünə kimi 2,8 milyard dollar dəyərində səhm satıb.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən bildirir ki, Mark Zukerberq 9 noyabr 2020-ci ildən 14 iyul 2021-dək "Facebook”dakı səhimlərinin 9,4 milyon ədədini 2,8 milyard dollara satıb və bunun 90%-ini xeyriyyə təşkilatına bağışlayıb. Səhm satışından Mark Zukerberqin şəxsi hesabına keçən vəsait isə 200 milyon dollar olub.
Bildirilir ki, 2012-ci ildə “Facebook”un səhimləri açıq satışa çıxarıldqdan sonra Mark Zukerberqin şirkətdəki payı təxminən 2 dəfə azalaraq 14%-ə düşüb.
Mark Zukerberq və həyat yoldaşı Prisçilla Çan 2015-ci ildə xeyriyyə təşkilatı qurublar və yeni doğulacaq qızlarına xitabən yazdıqları bir məktubda bildiriblər ki, onlar “Facebook”dakı 45 milyard dollar dəyərindəki səhmlərinin 99%-ini xeyriyyə məqsədilə təhsil və səhiyyə üçün ayıracaqlar.
Bu tarixdən sonra Zukerberq “Facebook”dakı səhmlərini sataraq xeyriyyə işlərinə sərf edir. İndiyə qədər 132 milyon ədəd səhmini 15 milyard dollara satıb. Bu məbləğin yalnız 2,1 milyard dollarını şəxsi hesabına köçürüb.
Səhm satışları 2018-ci ildə zirvəyə çatıb. Həmin il Zukerberq 5,3 milyard dollar dəyərində səhm satıb. 2019-cu ilin noyabrında milyarder səhm satışını dayandırıb və bir illik fasilədən sonra 2020-ci ilin noyabr ayında yenidən sahm satışına başlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top