Son bir ildə spirtli içki səbəbilə xərçəngə yoluxan 740 min insan ölüb


Son bir il ərzində xərçəngdən ölən 740 min insan  həmin xəstəliyə spirtli içki vasitəsilə yoluxub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Lancet Onkology” elmi jurnalında bir neçə alimin yazdığı məqalə yayımlanıb. Bildirilib ki, statistikaya əsasən son bir ildə xərçəngdən ölənlərin 75 faizindən çoxu kişidir. Araşdırmalar göstərir ki, az miqdarda alkoqollu içkilər də bədxassəli şişləri əhəmiyyətli dərəcədə artırır. Məqalədə bildirilir ki, son on ildə ÜST-ün mütəxəssisləri və dünyadakı tibb mütəxəssisləri az miqdarda alkoqol qəbul etməyin də bədxassəli şişlərin meydana çıxma ehtimalını artırdığına dair sübutlar əldə edib.
Araşdırma nəticələrində qeyd olunan digər vacib məsələ isə tütünlə bağlıdır. Alimlərin sözlərinə görə, siqaret spirtli içkinin kanserogen təsirlərini daha da artırır.



 

DİGƏR XƏBƏRLƏR

Top