Koronavirusdan sağalanlar üç-dörd ay ərzində bu problemlə üzləşə bilər – Rusiyalı həkim


“Koronavirusa yoluxan şəxslər üç-dörd ay ərzində saç tökülməsi ilə qarşılaşa bilər”. 
Yeniavaz.com
“TASS”a xəbər verir ki, bu barədə rusiyalı dermatoloq, trixoloq İrina Kotova məlumat yayıb. O bildirib ki, koronavirus səbəbilə bəzi dərmanların qəbulu digər problemlərə yol aça bilir:
“Bunlardan biri saç tökülməsidir. Bu proses 3-4 ay davam edə bilir. Daha sonra saç özü-özünə bərpa olunur”.
COVİD-19-un səbəb olduğu digər bir problem isə dırnaqların incəlməsidir. Avropa Allerqologiya və Klinik İmmunologiya Akademiyasının üzvü, allergist-immunoloq Maria Polner bildirib ki, saç tökülməsi və dırnaqların incəlməsi koronavirusa qarşı müalicə alan bir çox xəstələrdə görülür:
“Həmin proseslər xəstəlikdən bir-iki ay sonra başlayır. Ancaq, bəhs etdiyimiz problemlər çox davam etmir. Orqanizm daha sonra saç tökülməsi və dırnaq incəlməsinin qarşısını alır”.

DİGƏR XƏBƏRLƏR

Top