BƏƏ-nin İsraildə səfirliyi açıldı


Birləşmiş Ərəb Əmirlikləri Təl-Əvivdə öz səfirliyini açıb.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, səfirlik “Tel Aviv Fond Birjası”nın yerləşdiyi binada açılıb. Birləşmiş Ərəb Əmirliklərinin İsraildəki səfiri Məhəmməd Əl Xacanı İsrail prezidenti İshaq Herzoq müşayiət edib. BƏƏ-nin İsraildə səfirliyinin açılması beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurub.
Xatırladaq ki, təxminən 2 ay bundan əvvəl İsrail də BƏƏ-də öz səfirliyini açıb.
Qeyd edək ki, ötən ildən Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iki ölkə arasında ticarəti inkişaf etdirmək və İrana qarşı birgə mübarizə aparmaq məqsədilə İsraillə münasibətləri normallaşdırma prosesinə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top