
“Kubadakı iğtişaşlar nəticəsində ən azı bir nəfər ölüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kuba” xəbər agentliyi məlumat verib. Bildirilib ki, Arroyo-Naranjo bölgəsində polisə edilən hücum nəticəsində 36 yaşlı bir Kuba vətəndaşı dünyasını dəyişib.
Agentliyin məlumatına görə, etirazçılar evləri dağıdır, konteynerlərə od vururlar. Bıçaq və daşlarla polislərə və mülki şəxslərə hücum edirlər.
Qarşıdurmalar zamanı etirazçıların bir qismi saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla bir neçə nəfər yaralanıb.