Şadlıq saraylarında toylarda xüsusi sanitar rejim tətbiq ediləcək - QƏRAR


Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edəcək.
Yeniavaz.com
xəbər verir ki, baş nazir Əli Əsədovu bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə xüsusi sanitar rejim tətbiq edilən sahələrin sayı artırılıb. Şənlik mərasimləri keçirilən obyektlər də bura əlavə edilib.

DİGƏR XƏBƏRLƏR

Top