
“Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi Ermənistan-Azərbaycan sərhədində baş verən atışma nəticəsində ölüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi tərəfindən məlumat verilib. Bildirilib ki, erməni hərbçiləri sərhəddə istehkam işləri aparan Azərbaycan hərbçilərinə atəş açıb. Daha sonra başlayan atışma nəticəsində Ermənistan ordusunun bir hərbçisi həyatını itirib.
Atışmanın Naxçıvanla sərhəddə baş verdiyi qeyd olunub.