Kosovanın Deçan şəhərində fövqəladə vəziyyət elan olundu


Kosovanın qərbində yerləşən Deçan şəhərində təxminən 1500 nəfər zəhərləndiyi üçün fövqəladə vəziyyət elan edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Deçan şəhərinin bələdiyyə başçısı Başkim Ramosaj sosial şəbəkə hesabından məlumat verib. O bildirib ki, bu məsələyə nəzarət bələdiyyənin öhdəliyinə verilib.
Qeyd olunub ki, zəhərlənmədən müraciət edənlərin 99 faizi şəhər xəstəxanalarına, geri qalan 1 faizi isə qonşuluqdakı İpək şəhərinə çatdırılıb.
Kosova KİV-ləri zəhərlənənlərdən ikisinin öldüyünü bildirib. Səhiyyə naziri isə bu xəbəri təkzib edib.
Zəhərənmələrə içməli suyun səbəb olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top