Bakı, Şirvan və Hacıqabulda su kəsiləcək - Magistral kəmərdə qəza


Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Yeniavaz.com-a “Azərsu” ASC-dən məlumat verilib.
Məlumata görə, fasilə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

DİGƏR XƏBƏRLƏR

Top