
Pakistanın Xeybər Pahtunva əyalətində bir avtobusun yaxınlığında meydana gələn partlayış vaxtı 10 nəfər ölüb, 39 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Xəbərdə deyilir ki, partlayış vaxtı ölənlərdən 2-si hərbçi, 4-ü isə çin vətəndaşıdır. Həyatını itirən çinlilər yol kənarında bəndlərin tikintisində iştirak edən mühəndislər olub.
Hadisə ilə əlaqədar istintaq başladılıb.
Tətbiqimizi yükləyə bilərsiniz