
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın avtomobil yollarında son vəziyyəti açıqlayıb.
Yenivaz.com xəbər verir ki, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:
1. Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq,bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur);
2. Binəqədi şossesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində) sıxlıq;
3. Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;
4. Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində) sıxlıq;
5. Zabrat şossesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;
6. Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində) sıxlıq;
7. Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) sıxlıq;
8. Həsən bəy Zərdabi prospekti - (20 Yanvar dairəsinə düşən hissəsi) sıxlıq.
Tətbiqimizi yükləyə bilərsiniz