Casusluqda ittiham olunan ermənilərin məhkəmə baxışı təyin edilib - YENİLƏNİB


Casusluq və digər cinayətlərdə ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərə hüquqları izah edilib. Onlar dövlət hesabına vəkillə və tərcüməçi ilə təmin edilib.
Məhkəmə baxışı iyulun 26-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama), 276-cı (casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

***08:48
Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Yeniavaz.com
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə başlayacaq məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunurlar.

DİGƏR XƏBƏRLƏR

Top