Ukrayna prezidenti Vladimir Zelenskiy daxili işlər naziri postuna namizəd irəli sürüb.
Nazir vəzifəsinə “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskiynin namizədliyi Ali Radaya rəsmən təqdim olunub.
Qeyd edək ki, Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov bu gün istefa verib.