"Ever Given" gəmisi Misir sularını tərk etdi – Bu qədər təzminat ödənilib


Mart ayında Süveyş kanalında tıxaca səbəb olan "Ever Given" konteyner gəmisi, texniki baxışdan və heyət üzvlərinin bir hissəsinin dəyişdirilməsindən sonra Misirin ərazi sularını tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Bildirilib ki, Misir hökuməti gəmiyə tətbiq olunan qadağanı götürdükdən sonra 7 iyulda "Ever Given" hərəkət edərək Aralıq dənizinə daxil oldu və Misir sularını tərk etdi. Gəminin aid olduğu şirkət hərəkəti davam etdirmək üçün kapitan da daxil olmaqla bir sıra heyət üzvlərini dəyişdirib.
Xatırladaq ki, martın 23-də  400 metr uzunluğundakı "Ever Given" gəmisi güclü külək və qum fırtınaları səbəbilə hərəkət istiqamətini dəyişərək Süveyş kanalını bağlamışdı. Gəminin kanaldan çıxarılması altı günə mümkün oldu.  Bu müddət ərzində 400-dən çox gəminin hərəkəti məhdudlaşdı. Süveyş kanalının rəhbərliyi  916 milyon dollar məbləğində zərər dəyidiyini açıqaldı. Bu səbələ Misir gəmini geri qaytarmadı. Daha sonra tərəflərin 540 milyon dollar məbləğində təzminat barədə razılığa gəldiyi bildirildi. Həmin məbləğin 240 milyon dolları birinci mərhələdə, qalan 300 milyon dolları isə bir il ərzində hissə-hissə ödəniləcək. 

 

DİGƏR XƏBƏRLƏR

Top