Armen Qriqoryan Ermənistanın yeni xarici işlər naziri təyin ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, Qriqoryanın nazir təyin edilməsi barədə artıq hökumət tərəfindən qərar verilib. Yaxın günlərdə ictimaiyyət bununla bağlı açıqlama veriləcək.
Qeyd edək ki, Armen Qriqoryan hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışır.