Azərbaycanda da aşkarlanan koronavirusun “Delta” ştammı nədir, simptomları hansılardır?


Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə açıqlama yayaraq Azərbaycanda 31 nəfərdə koronavirusun “Delta” ştammının aşkarlanıb. İlk dəfə Hindistanda görülən COVID-19-un “Delta” variantı dünyanın bir çox ölkələrində də artıq sürətlə yayılmağa başlayıb. Bundan narahat olan ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) əhaliyə hər iki dozasını vurdursalar belə özlərini təhlükəsiz hiss etməməli, maska taxmalı, gigiyenaya diqqət edilməli və insanların sıx olduğu yerlərdən qaçmaları barədə xəbərdarlıq edib.

Bəs "Delta" variantı nədir?
Yeniavaz.com
 xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə mutasiyaya uğramış 2 virusdan yaranan “Delta” variantı COVID-19-un digər versiyalarından daha yoluxucu və təhlükəlidir. Səbəb olduğu xəstəlik daha şiddətli şəkildə özünü göstərir.  Bu yeni mutasiya antitellərin yaranmasına baxmayaraq, insana yoluxa bilir. Yəni, COVID-19-dan sağalan və ya vaksin olunan şəxslərin “Delta” variantına yoluxma ehtimalları var.
Bu mutasiyanın simptomları mədə, baş və boğaz ağrısı, ürək bulanması, ishal, qusma, yüksək hərarət, burun axıntısı ilə özünü göstərir. COVID-19 virusunda tez-tez rastlanan dad və qoxu itkisinin isə bu variantda çox az özünü biruzə verdiyi bildirilib. Araşdırmalara görə, əksər insanlar “Delta” növünü soyuqdəymə ilə səhv salırlar. Bu da sözügedən varianta yoluxan bəzi insanların test etdirməməyinə gətirib çıxarır.
Qeyd edək ki, Almaniyada edilən araşdırmalara görə koronavirusun "Delta" variantının sürətlə yayılmasının səbəbi virusun ağciyərə daha tez çatmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top