Səhiyyə Nazirliyi 10 milyon manatlıq tenderə yekun vurub – Qaliblərin ADLARI


Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəslərinin qalibləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, ümumi dəyəri 9 milyon 877 min 290 manat 89 qəpik olan tender müsabiqələrində 3 şirkət qalib elan edilib.
Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin, həmçinin dövlət və tədbirlər proqramları üzrə nəzərdə tutulan tibbi və digər aparatlar, avadanlıqlar və inventarların satın alınması üçün "Arash Medical Company" MMC-yə 7 milyon 354 min 813 manat 15 qəpik, “Ekstra” MMC-yə 1 milyon 798 min 500 manat 54 qəpik, "Albatros Heltkeyr" MMC-yə isə 723 min 977 manat 20 qəpik ödəniləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top