Hindistanda son 4 ayda ən az gündəlik yoluxma qeydə alındı


Hindistanda mart ayının 16-dan bu günə kimi ən az COVID-19-a gündəlik yoluxma qeydə alınıb.
Yeniavaz.com
"AA"ya istinadla xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, son 24 saatda 30 min 872 nəfər koronavirusa yoluxub, 546 nəfər isə həmin xəstəlikdən ölüb.
Verilən məlumata görə, 10 iyundan etibarən gündəlik ölüm sayı 2  mindən aşağı düşüb.
Qeyd edək ki, Hindistanda yeni növ koronavirusa ümumi yoluxanların sayı 30 milyon 907 min 282 nəfər, ölənlərin sayı isə 409 min 338 nəfərdir. 30 milyon 63 min 720 min nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top