Uqanda 647 min doza "Pfizer" peyvəndi alacaq


Uqanda hökuməti COVID-19 ilə mübarizə çərçivəsində 647 min doza "Pfizer" peyvəndi alacaq.
Yeniavaz.com
"CNN Türk"ə istinadla xəbər verir ki, bu barədə Uqanda səhiyyə naziri Emanuel Aynebyuna açıqlama verib. O bildirib ki, “COVAX” platforması çərçivəsində ölkəyə 647 min doza "Pfizer" vaksini gətiriləcək. Uqanda höküməti ötən ay isə UNICEF-dən 175 min 200 doza "AstraZeneca" peyvəndi almışdı.
Qeyd edək ki, Uqandada yeni növ koronavirusa ümumi yoluxanların sayı 87 min 756 nəfər, ölənlərin sayı isə 2 min 129 nəfərdir. 61 min 304 nəfər isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top