
Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında danışıqlar başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat verib.
Xəbərdə deyilir ki, iki ölkə liderinin görüşü zamanı Rusiya və Belarus arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri ilə yanaşı, dünya gündəmində olan məsələlərə də toxunulub.