Bakıda dənizdə batan iki nəfərin meyiti tapıldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi dənizdə meyiti tapılan şəxslə bağlı məlumat yayıb.

Yeniavaz.com FHN-ə istinadla xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlunun axtarışları başa çatıb.R.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


***13:40
Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.

Yeniavaz.com xəbər verir ki, dənizdə batan şəxslərdən birinin meyitini dalğa dəniz sahilinə çıxarıb.

Digər şəxsin meyiti isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən dənizdən çıxarılıb.

Qeyd edək ki, ötən gün Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində iki nəfərin boğulması barəsində məlumat daxil olub. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top