
Ermənistanın Mehri rayonun sabiq bələdiyyə başçısı Mxitar Zakaryan barəsində 2 aylıq həbs qərarı çıxarılıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə Mxitar Zakaryanın vəkili Yerem Sarkisyan açıqlama verib.
Məlum olub ki, Zakaryan bələdiyyə başçısı olan zaman yerli sakinlərdən birinə illik 18 min drama (36 dollar) torpaq sahəsi icarəyə verib. Daha sonra həmin şəxs icarəyə götürdüyü torpağı dəfələrlə baha qiymətə - 3,7 milyon drama (7,4 min dollar) mobil operatora icarəyə verib və orada ötürücü stansiya qurulub. Nəticədə qeyd olunan məbləğdə gəlirlər bələdiyyə büdcəsindən yayındırılıb.
Məlumat üçün bildirək ki, Mxitar Zakaryanın ötən ayın 20-də keçirilən növbədənkənar parlament seçkilərində sabiq president Rober Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokundan deputat seçilib. Ermənistan qanunvericiliyə görə deputat seçilən, lakin fəaliyyətə başlamayan şəxslərin həbsinə Mərkəzi Seçki Komissiyası (MSK) razılıq verməlidir. Bildirilir ki, Mxitar Zakaryan izahat üçün Ermənistan MSK-ya dəvət edilb, lakin, o bu dəvəti qəbul etməyib və bu səbədn də MSK onun həbsinə razılıq verib.
Qeyd edək ki, Mehri rayonun bələdiyyəsinin başçısı olan zaman Mxitar Zakaryan könüllü dəstə yaradaraq Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak edib və yaralanıb. Hazırkı baş nazir Nikol Paşinyana qarşı sərt tənqidlərilə gündəmə gəlib.
Tətbiqimizi yükləyə bilərsiniz