Azərbaycan neftinin qiyməti 78 dolları keçib


Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 13 iyul tarixində 1,32% artaraq 78,03 dollar olub. 
Yeniavaz.com xəbər verir ki, "Azeri Light" markalı neftinin qiyməti son bir ay ərzində 5 dollardan çox bahalanıb.
Bu ilin əvvəlində isə "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 54 dollar olub.
Məlumat üçün bildirək ki, "Azeri Light" markalı neftin qiyməti ötən ilin aprel ayının 22-də ən aşağı səviyyəyə - 1 barelinin qiyməti 15,8 dollara düşüb. "Azeri Light" markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftin dəyəri 1 barelə görə 75,52 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dəyəri isə bu gün 1 barelə görə 74,47 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top