
İyulun 13-də Boliviyada 34 nəfərin ölümü ilə nəticələnən avtobus qəzası baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Boliviyanın “Unitel” televiziya kanalı məlumat verib. Bildirilib ki, qəza 10 nəfərin yaralanmasına səbəb olub və onlardan ikisinin vəziyyəti ağırdır.
Qeyd edək ki, avtobus 150 metr hündürlükdən uçuruma düşüb. Faciənin səbəbləri araşdırılır.