XİN faciəvi hadisə ilə bağlı İraqa başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraq hökumətinə başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə XİN-in "Twitter" səhifəsində bildirilib.
"İraqın Nasiriyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Bu çətin anlarda İraq hökumətinin və xalqının yanındayıq”, - deyə qeyd olunub.
Xatırladaq ki, İraqda COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib. Hadisə nəticəsində 54 adam ölüb, xeyli sayda adam xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top