Elon Mask məhkəmə qarşısında – 2 milyard dollarlıq qalmaqal…


151 milyard dollar sərvətilə dünyanın ən varlı 2-ci şəxsi hesab olunan "Tesla" şirkətinin icraçı direktoru Elon Mask məhkəmə qarşısına çıxıb.
Yeniavaz.com “Forbes” jurnalına istinadən bildirir ki, Elon Maska qarşı 2 milyard dollar dəyərində məhkəmə iddiasını “Tesla” şirkətinin səhmdarları qaldırıb.
“Tesla” şirkətinin səhmdarları iddia edirlər ki, Elon Mask rəhbərlik etdiyi Direktorlar Şurasının üzvlərinə təzyiq edərək onları “SolarCity” şirkətinə 2 milyard dollardan çox sərmayə yatırmağa razı salıb.
Bildirilir ki, “SolarCity” şirkətini Elon Maskın əmisinin oğlanları tərəfindən qurulub. 2016-cı ildə “Tesla” şirkəti 2 milyard dollardan çox ödəniş edərək “SolarCity” şirkətinin səhmlərinin çoxunu satın alıb və əsas səhmdara çevrilib. Daha sonra “SolarCity” şirkəti zərərlə işləməyə başlayıb.
“Tesla” şirkətinin səhmdarları iddia edirlər ki, bu zərərin səbəbkarı Alon Maskdır. Səhmdarlar iddia edirlər ki, Mask Direktorlar Şurası üzvlərini hədələyərək deyib ki, əgər  “SolarCity” şirkətinin səhmlərinin alınmasına qarşı çıxsalar onlardan intiqam alacaq.
Məhkəmədə ifadə verən Elon Mask isə iddiaları rədd edib. Dünyanın ən varlı 2-ci şəxsi bildirib ki, onun Direktorlar Şurası üzvlərinin mükafatlandırılması və ya təyinatları ilə bağlı heç bir səlahiyyəti yoxdur.
“Forbes” nəşri yazır ki, əgər Elon Mask məhkəmə çəkişməsində məğlub olarsa 2 milyard dollar təzminat ödəməli olacaq və şirkət rəhbərinə qarşı indiyə qədərki ən bahalı məhkəmə qərarlarından biri olacaq. 

DİGƏR XƏBƏRLƏR

Top