Şəkidə 16 yaşlı qızı 30 yaşlı kişiyə ərə verən valideynlər polisə çağrıldı - VİDEO + YENİLƏNİB


Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.
Yeniavaz.com
 xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov yayılan görüntülər əsasında Şəki Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanıldığını bildirib:
"Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb. Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır".

***10:26
Şəkidə 16 yaşlı qız ailə qurub.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 
İlkin məlumata görə, hadisə Şəkinin Dəhnə kəndində qeydə alınıb. Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi qeyd edilib. 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan görüntülər əsasında araşdırma aparılır:
“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top