Gürcüstanda 12 aksiya iştirakçısı saxlanılıb


Gürcüstan patrul polisinin əməkdaşları hakim “Gürcü Arzusu” partiyasının ofisində inzibati xətalara görə 12 nümayişçini saxlayıb.
Yeniavaz.com
“ria.ru”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib. Naziriliyin açıqlamasında deyilir ki, baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edən jurnalistlər, müxalifətçilər və onların tərəfdarları əvvəlcə Gürcüstan parlamentinin, daha sonra hakim partiyanın ofisinin qarşısına toplaşıblar. Burada binaya yumurta atıblar.
Polis etirazçıların aksiyada sərbəst toplaşmaq və ifadə azadlığı haqqındakı qanunun icazə verdiyi həddi aşdığını bildirib. Bu səbəbdən də polis 12 nəfəri inzibati qaydada həbs edib. Mitinq iştirakçılarına qanuni normaları aşmamaları ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, ötən gün axşam saatları üçün nəzərdə tutulan aksiya “Gürcü Arzusu” partiyasının ofisinin yaxınlığında başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top