FDA: Bu peyvənd nadir görülən nevroloji narahatlığa səbəb ola bilər


ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) “Johnson and Johnson” tərəfindən hazırlanan koronavirus peyvəndinin nadir görülən nevroloji narahatlığa səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, FDA “guillain-barre syndrome” (GBS) kimi tanınan nevroloji narahatlıqla bağlı 100-ə yaxın müraciətə baxıb. Onların yaş aralığı 50 və daha yuxarı olub. Agentlik bildirib ki, bu simptomlar özünü peyvəndlənmədən iki həftə sonra biruzə verir.
FDA-nın sözlərinə görə, GBS sinir sisteminə hücum edərək, nizamsız ürək atışlarına, nəfəs almaqda çətinliklərə və bir çox problemə səbəb olur.
Qeyd edək ki, mütəxəssislər “Johnson and Johnson” peyvəndi ilə GBS arasındakı mümkün əlaqəni araşdırmağa davam edəcəklərini, lakin hələlik peyvəndin təhlükəsiz və təsirli olduğunu, potensial faydalarının risklərindən üstün olduğunu bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top