İraqda koronavirus xəstəxanasında ölənlərin sayı 110-u keçdi - YENİLƏNİB


Ötən gün gecə saatlarında İraqın Nasiriyə bölgəsində koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 114-ə çatıb.
Yeniavaz.com “Al-Arabia” telekanalına istinadən xəbər verir ki, bu barədə İraq Səhiyyə Nazirliyi məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində yaralıların sayı 50 nəfərə çatıb.
Qeyd edək ki, hadisə xəstəxanada oksigen balonların partlaması nəticəsində baş verib.

***09:10
İraqın cənubunda yerləşən Nasiriyə vilayətində koronavirus xəstələrinin yatdığı xəstəxanada çıxan yanğında 52 nəfər ölüb, xeyli sayda insan yaralanıb.
Yeniavaz.com
Türkiyə mətbutına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar İraqın baş naziri Mustafa əl-Kazimi Nasiriyədə olub.
Hadisəyə səbəb oksigen balonlarının partlaması olub. Bildirilir ki, xeyli sayda xəstə və xəstə baxıcısından xəbər yoxdur. Səlahiyyətlilərin sözlərinə görə, ölənlərin sayının artma ehtimalı var.

DİGƏR XƏBƏRLƏR

Top