Eldar Həsənov əməliyyat olundu


Hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun üzərində cərahiyyə əməliyyatı keçirilib.

Yeniavaz.com Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq səfir bağırsaq keçməzliyindən əziyyət çəkirmiş.

Səhhəti olduqca pis olan Eldar Həsənov üzərində cərahiyyə əməliyyatı aparılıb.

Hazırda vəziyyəti stabildir.

Xatırladaq ki, o, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülmüşdü.

E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.

DİGƏR XƏBƏRLƏR

Top