İsraildə COVID-19 peyvəndinin 3-cü dozası tətbiq ediləcək


İsraildə COVID-19-un "Delta" variantının artması səbəbilə immuniteti zəif olan və 2 doz "Pfizer" vaksini vurduran şəxslərə eyni peyvəndin 3-cü dozası tətbiq ediləcək.
Yeniavaz.com
"haber3"ə istinadla xəbər verir ki, bu barədə İsrail səhiyyə naziri Nitzan Horovitz məlumat yayıb. O bildirib ki, 2 doza "Pfizer" peyvəndi vurdurub immuniteti zəif olan şəxslər vaksinin 3-cü dozasını da vurduracaqlar. O həmçinin əhalinin qalan hissəsinə 3-cü doza vaksin tətbiq ediləcəyi barədə hələ qərar qəbul edilmədiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top