
Hindistanda ildırım vurması nəticəsində 38 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Yeniavaz.com "haber3"ə istinadla xəbər verir ki, bu barədə Hindistan hökuməti məlumat yayıb. Bildirilib ki, ölkənin Racastan əyalətində 11 nəfər, Uttar Pradeş əyalətində isə 18 nəfər ildırım vurması nəticəsində dünyasını dəyişib. Saristavada isə 9 nəfər ölüb, 20 nəfər yaralanıb.
Verilən məlumata görə, Hindistanda hər il 2 min nəfər ildırım vurması nəticəsində dünyasını dəyişir.
Tətbiqimizi yükləyə bilərsiniz