Çin Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi taktikadan istifadə etməyə başladı - Çinli mütəxəssis


Çin ordusu Tayvan adasında keçirdiyi hərbi təlimlər zamanı 1960-cı illərdə istehsal edilmiş qırıcı təyyarələri yenidən havaya qaldırıb.
Yeniavaz.com
"South China Morning Post"a istinadla xəbər verir ki, Çin "J-7" adlı qırıcı təyyarələr də daxil olmaqla bir çox istifadə edilməyən qırıcıları pilotsuz uçan aparata (PUA) çevirib. Çin sözügedən PUA-lar vasitəsilə Tayvanın hava hücumundan müdafiə sistemini yoxlamaq istəyir.
Sinqapurdakı Racaratnam adına Beynəlxalq Araşdırmalar Məktəbinin hava qüvvələri üzrə analitiki Ben Ho isə məsələ ilə bağlı "fikrimcə, Çin Azərbaycanın Qarabağ döyüşləri zamanı Ermənistana qarşı istifadə etdiyi taktikanı öyrənir " sözlərini deyib.
Qeyd edək ki, bəhs edilən taktikaya görə, ermənilərin S-300 və digər HHM sistemlərinin yerini tapmaq üçün əvvəlcə "An-2" təyyarəsi havaya qalxır. Qısa müddət sonra pilot təyyarəni avto idarəetməyə qoyaraq paraşütlə tullanır. "An-2" pilotsuz şəkildə uçuşa davam edir. Bir neçə dəqiqə sonra HHM təyyarəni tutur və məhv edir. Beləcə düşmənin hava hücumundan müdafiə sistemlərinin yeri məlum olur. Daha sonra "Bayraktar" havaya qalxır və rahat şəkildə hədəfi darmadağın edir.

DİGƏR XƏBƏRLƏR

Top