Bu ilin ilk 5 ayında xaricdən gətirilən “Premium” benzinin qiyməti AÇIQLANDI


Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 58 min 823,2 ton “Aİ-95” (“Premium”) markalı benzin idxal edilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-95” markalı benzinin miqdarı kəskin artıb. Belə ki, ötən ilin ilk 5 ayında Azərbaycana 33 min 233,1 ton “Aİ-95” markalı benzin gətirilib. Nəticədə ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 5 ayında benzin idxalı 25 min 590,1 ton və ya 77% artıb.
Məlumat üçün bildirək ki, ötən ilin ilk 5 ayı ərzində ölkəyə idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 45 sent (77 qəpik), bu ilin ilk 5 ayında idxal olunan benzinin 1 litrinin gömrük dəyəri isə 51 sent (87 qəpik) olub.
Rəqəmlərdən də göründüyü kimi 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə bu ilin yanvar-may aylarında idxal edilən “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 13% artıb.
A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top