Kubada hökumət əleyhinə etirazlar başladı


ABŞ-ın uzunmüddətli sanksiyaları və COVID-19 pandemiyası nəticəsində yaşanan iqtisadi krizis Kubada hökumət əleyhinə etirazların başlanmasına səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ərzaq çatışmazlığına və yüksək qiymətlərə qarşı etiraz edənlərin əllərində ABŞ bayrağı olub.
Digər tərəfdən, ABŞ-ın müxtəlif bölgələrində Kuba Kommunist Partiyasına qarşı etirazlar təşkil edilib.
Kuba prezidenti Migel Diaz-Kanel xalqa televiziya ilə müraciət edərək, onları hazırkı hökumətə qarşı etiraz etməyə çağırıb. Kanel bildirib ki, muzdluların ölkədə qeyri-sabitlik yaratmasına icazə verilməyəcək.
Qeyd edək ki, Kubada 11 iyuldan etibarən hökumət əleyhinə etirazlar yüksəlib. Etirazlar paytaxt Havana da daxil olmaqla ölkənin 8 iri şəhərini əhatə edir.
 

DİGƏR XƏBƏRLƏR

Top