Bu ölkədə COVID-19 peyvəndi vurduranlar lotereya üsulu ilə "iPhone-12" uda biləcəklər


Çexiyada COVID-19 peyvəndi vurduranlara lotereya üsulu ilə hədiyyələr veriləcəyi bildirilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Andrey Babis sosial şəbəkə hesabından məlumat verib. Təqdim ediləcək hədiyyələr arasında idman ayaqqabıları, oyun yükləmə platforması “Steam”də istifadə ediləcək endirim kuponu və "iPhone-12"  olacaq. Çəkiliş bu gün paytaxt Praqada açılacaq 2 yeni peyvəndlənmə mərkəzində həftədə 1 dəfə həyata keçiriləcək. Hədəf gənc nəsli peynvəndlənməyə sövq etməkdir.
Qeyd edək ki, təxminən 10,5 milyon əhalisi olan Çexiyada dekabr ayından bu yana 8,8 milyon dozadan çox koronavirus peyvəndi tətbiq edilib. Əhalinin təxminən 3,8 milyonu COVID-19-a qarşı tam peyvənd edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top