Şəhid kapitan dəfn olundu - VİDEO - YENİLƏNİB


Şəhid kapitan Pənah Əkbərov İkinci Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, şəhidimizin nəşi 9 aydan sonra tapılıb. Ə. Pənahovla sonuncu dəfə Murovdağda olarkən əlaqə saxlanılıb. Müharibənin gedişində düşmən tərəfi sosial şəbəkədə 31 yaşlı kapitanın hərbi biletinin şəklini yaymışdı. (qafqazinfo)

***10:42

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən və 9 aydan sonra nəşi tapılan şəhidi, kapitan Pənahov Əkbər Bəylər oğlu ilə vida mərasimi keçirilir.

Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş şəhidimizin nəşi Xətai rayonundakı evinə gətirilib.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Şəhidimiz ailəli olub. İki övladı vətənə yadigar qalıb.

 

DİGƏR XƏBƏRLƏR

Top