Tacikistan prezidenti kürəkənini Türkiyəyə səfir təyin edib


Tacikistan Prezidenti Emoməli Rəhmon kürəkəni Əşrəfcan Qulovu Türkiyəyə səfir təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu bardə "Azadlıq Radiosu"nun tacik xidməti məlumat yayıb.
Məlumat üçün bildirək ki, daha əvvəl Tacikistan prezidenti Emoməli Rəhmon böyük qardaşının oğlu Rəhmon Umecan Nuriddini paytaxt Düşənbənin rayonlarından birinin prokuroru təyin edib.

Bundan əvvəl isə Tacikistan lideri öz oğlu Rustam Emoməlini ölkə antikorrupsiya idarəsinin müdiri təyin edib.

Prezidentin qızı Ozoda Emoməli isə xarici işlər nazirinin müavini vəzifəsini tutur. Prezidentin digər kürəkəni Camoliddin Nuraliyev isə prezidentin fərmanı ilə Milli Bankın prezident müavini təyin olunub.

Qeyd edək ki, prezidentin doqquz övladı var – iki oğlu və yeddi qızı.

 

DİGƏR XƏBƏRLƏR

Top