Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb.
Yeniavaz.com xəbər verir ki, virtualaz.org-un əldə etdiyi məlumata görə, həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də Şuşaya getməkdən imtina ediblər.
Azərbaycan prezidentinin köməkçisi, diplomatları səfərdə müşaiyət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər.